Ordubadda silah-sursat tapılıb

Ordubadda silah-sursat tapılıb
# 04 iyun 2016 09:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ordubad rayonunda silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ordubad rayonunun Yuxarı Əylis kənd sakini Adil Məmmədov tapdığı “AKS” markalı silahı, “F-1” qumbaranı, qumbara alışdırıcısını, 2 ədəd patron darağını, süngü bıçağı və 347 ədəd patronu könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR