Çinli rəssamın əsəri Milli İncəsənət Muzeyinin fonduna hədiyyə olunub

Çinli rəssamın əsəri Milli İncəsənət Muzeyinin fonduna hədiyyə olunub
# 14 mart 2015 08:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Çinli rəssam Vanq Hai Qinqin “Gizli məna” adlı rəsm əsəri martın 12-də Azərbaycan Milli İncəsənət Muzeyinin fonduna hədiyyə olunub.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, muzeyin direktoru Çingiz Fərzəliyev Çinin zəngin mədəniyyətə sahib böyük ölkə olduğunu qeyd edib və Çin rəssamları ilə yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Vanq Hai Qinq Azərbaycana səfər etməsindən, Azərbaycan mədəniyyəti ilə tanış olmasından məmnunluğunu bildirib: “Mən əvvəllər Azərbaycanla tanış deyildim. Amma bu ölkə ilə, Bakı şəhəri ilə tanış olandan sonra Azərbaycanın necə böyük mədəniyyətə sahib olduğunu gördüm. Bakı mənim anadan olduğum şəhərə çox bənzəyir. Hər iki şəhər dəniz sahilində yerləşir. Mənim yaşadığım şəhər Sarı dənizin sahilindədir. Burda özümü öz doğma şəhərimdəki kimi hiss edirəm. İki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi üçün əlimizdən gələni etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR