Paşha Bank
Bank Of Baku

Araxamiya: Uitkoff və Kuşnerin səfərlərindən sonra yeni danışıqların tarixi müəyyənləşdirilə bilər

Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya

© APA | Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya

# 11 noyabr 2026 15:48 (UTC +04:00)

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya, daha sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Dublinə səfərindən sonra Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun tarixi müəyyənləşdirilə bilər.

APA xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya Əbu-Dabidə keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ nümayəndələrinin qarşıdakı səfərlərindən sonra danışıqlar prosesinin növbəti mərhələsi ilə bağlı qərar qəbul etmək mümkün olacaq.

“Yeni ilə qədər həll yolu tapmaq üçün yaxşı bir dinamika var”, – Araxamiya vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR