Azərbaycanda ötən gün baş vermiş yol qəzaları nəticəsində üç nəfər ölüb

Azərbaycanda ötən gün baş vermiş yol qəzaları nəticəsində üç nəfər ölüb
# 18 aprel 2015 13:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən gün Azərbaycanda baş vermiş yol qəzaları nəticəsində 3 nəfər ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 17-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR