Quba və Sumqayıt şəhərinin qaz təchizatı məhdudlaşdırılacaq

Quba və Sumqayıt şəhərinin qaz təchizatı məhdudlaşdırılacaq
# 08 iyun 2016 07:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Quba və Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yeni çəkilmiş diametri 57 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar iyunun 8-də saat 09:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin "Yaşıl dərə" yaşayış massivi, "Metallurq" bağları, 48-ci məhəllə, Corat qəsəbəsi və bağ massivinin, 20, 21-ci mikrorayonlar, 52-ci məhəllə, Novxanı, Saray bağları yaşayış sahələrində və Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR