Əməkdar artist Anar Şuşalı Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə solo konsert verəcək

Əməkdar artist Anar Şuşalı Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə solo konsert verəcək
# 17 sentyabr 2015 10:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Əməkdar artist Anar Şuşalı sentyabrın 24-də solo konsert proqramı ilə çıxış edəcək.

A. Şuşalının APA-ya verdiyi məlumata görə, Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsert proqramı Üzeyir Hacıbəylinin 130 illik yubileyinə həsr olunmuş “Bülbülsayağı” musiqi layihəsinin təqdimatı çərçivəsində baş tutacaq.

Konsertdə A. Şuşalını tarda əməkdar artist Ələkbər Ələkbərov, kamançada əməkdar artist Elşən Mansurov, qavalda Mahmud Salah, balabanda Pərviz Əlikramoğlu, fortepianoda Nərgiz Əliyeva müşayiət edəcək.

Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR