Türkiyənin Azərbaycandakı səfiri Masazırda məcburi köçkünlər üçün salınmış məhəllədə olub - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Masazırda məcburi köçkünlər üçün salınmış məhəllədə olub - <span style="color: red;">FOTO
# 03 mart 2015 13:28 (UTC +04:00)

Bakı - APA. Bu gün Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov müşayiət edib.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov türkiyəli diplomata məcburi köçkün ailələri üçün salınmış məhəllə haqqında məlumat verib. Səfir məhəllədəki 33 nömrəli orta məktəbdə yaradılmış şəraitlə maraqlanıb. Sonra diplomat məktəbin kompüter otağına baxıb, tədris prosesi və Zəngilan rayonu ərazidəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıb. O, həmçinin məhəllədə tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında olub, uşaqların ifasında rəqslərə baxıb.

İ.A.Coşkun Zəngilan rayonundan olan məcburi köçkün Ərşad Piriyevin evinə də baş çəkib, onunla söhbət edib. Türkiyənin Azərbaycandakı səfiri Azərbaycan dövlətinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaratdığını qeyd edib. Bununla yanaşı, səfir bu insanların öz doğma torpaqlarına qayıtmaq istədiklərini vurğulayıb: “Burada Dağlıq Qarabağ münaqişəsinin həllinin nə qədər vacib məsələ olduğunu bir daha hiss etdim. Arzu edirik ki, Azərbaycan torpaqlarının işğalına son qoyulsun, insanlar gələcəyə sülh, xoşbəxtlik içərisində getsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR