Ağsaqqallar Şurası Heydər Əliyevin məzarını ziyarət edib

Ağsaqqallar Şurası Heydər Əliyevin məzarını ziyarət edib
# 13 iyun 2016 08:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Ağsaqqallar Şurası 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və şura üzvləri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın da məzarlarını ziyarət edib, məzarlar üzərinə gül dəstələri qoyublar.

F. Heydərov 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə danışaraq bildirib ki, H. Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycan müstəqilliyini qoruyub saxlaya bilməyəcəkdi: "Ona görə də xalqımız bu günü çox yüksək qiymətləndirir, Milli Qurtuluş Gününü bayram edir. Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Müstəqil Azərbaycanın dünya dövlətləri sırasında nüfuz qazanmasında ulu öndərin rolu böyükdür. Ağır günlərdə Azərbaycanın müstəqilliyi sual altında qaldıqda, Heydər Əliyev xalqın səsinə səs verdi. O, ilk dəfə Naxçıvanı işğaldan qorudu və Azərbaycanın qalan torpaqlarının parçalanması prosesinin qarşısını aldı. Ona görə də müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR