Qazaxda güclü qasırğa olub - VİDEO

Qazaxda güclü qasırğa olub - <span style="color: red;">VİDEO
# 12 noyabr 2015 15:27 (UTC +04:00)

Qazax. Azər Məmmədli - APA. Qazax rayonunda güclü küləklə müşahidə olunan qasırğa olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, qasırğa bu gün saat 14 radələrindən başlayıb, əsasən rayonun mərkəzində, Cəfərli, Fərəhli, Alpoud kəndlərində qeydə alınıb. Güclü külək inzibatı və fərdi binaların dam örtüklərinə ziyan vurub, bəzi ərazilərdə ağaclar qırılıb, bəzi yaşayış məntəqələrində elektrik, telefon və qaz xətlərində problemlər yaranıb.

Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda kommunal xətlərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparırlar. Fövqəladə Hallar Komissiyası dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR