Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, pilot ölüb - YENİLƏNİB

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, pilot ölüb - <span style="color: red;">YENİLƏNİB
# 09 iyun 2016 10:23 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Federasiaysının Moskva vilayətində qəzaya uğrayan hərbi təyyarənin "MiQ-29" deyil, "Su-27" olduğu açıqlanıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qəza nəticəsində təyyarənin pilotunun öldüyü bildirilib.

Nazirlikdən deyilib ki, qəza Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus təyyarə Moskva vilayətindəki baza aerodromuna qayıdarkən baş verib: "Uçuş döyüş komplekti olmadan həyata keçirilib".

Hazırda hadisə yerində Müdafiə Nazirliyinin komissiyası işləyir.

***

Saat 12.10

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Moskva vilayətində "MiQ-29" çoxməqsədli qırıcı təyyarəsi qəzaya uğrayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə vilayətin Puşkin rayonunun Muranovo kəndi yaxınlığında baş verib. Pilotun öldüyü bildirilir.

Təyyarə təlim-məşq uçuşu həyata keçirmək üçün havaya qaxıb.

Hadisə ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR