Makedoniya polisi qeyri-leqal miqrantlara qarşı səs qumbaralarından istifadə edib

Makedoniya polisi qeyri-leqal miqrantlara qarşı səs qumbaralarından istifadə edib
# 23 avqust 2015 00:57 (UTC +04:00)

Bakı-APA. Makedoniyanın xüsusi təyinatlı polis dəstəsinin əməkdaşları Yunanıstandan ölkə ərazisinə keçməyə cəhd edən qeyri-leqal miqrantlara qarşı səs qumbaralarından istifadə edib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, iki ölkənin sərhədləri arasındakı neytral zonada qalmaq istəməyən yüzlərlə miqrant sərhədi tikanlı məftillərin olmadığı hissələrdən adlayaraq Makedoniya ərazisinə keçməyə cəhd edib. Lakin polis qüvvələri dövlət sərhədini qanunsuz keçmək cəhdinin qarşısını almaq məqsədilə miqrantlara qarşı səs qumbaralarından istifadə edib. Xəsarət alanların sayı barədə məlumat verilmir.

Qeyd edək ki, avqustun 20-də Makedoniya hökuməti ölkəyə miqrant axınının qarşısını almaq məqsədilə fövqəladə vəziyyət elan edib və sərhəd zonasında xüsusi təyinatlı polis dəstələri yerləşdirib.

Məlumata görə, hazırda Gevgeliya şəhəri yaxınlığında neytral zonada 5 minədək qeyri-leqal miqrant cəmləşib. Onların əksəriyyətinin Suriya, İraq və Əfqanıstan vətəndaşı olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR