Bakıda aptekdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda aptekdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 07 sentyabr 2015 08:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda aptekdən oğurluq etməkdə şübhəli bilinən şəxs həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 1-də Azadlıq prospektində yerləşən, Lənkəran şəhər sakini Əlizadə Güllərova məxsus aptekdən, qapının kilidi sındırılmaqla 279 manat oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Əlisahib Aslan oğlu Bədəlov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR