Bakıda məktəbdə yanğın olub, 20 şagird təxliyə edilib

Bakıda məktəbdə yanğın olub, 20 şagird təxliyə edilib
# 24 aprel 2015 13:09 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda məktəbdə yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus, ümumi sahəsi 5202 kv.m olan üçmərtəbəli orta məktəbin hər mərtəbəsinin dəhlizində quraşdırılan 3 ədəd elektrik lövhəsi yanıb. Yanğın zamanı 20 nəfər şagird yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR