Bakıda 43 yaşlı kişi iki nəfər tərəfindən bıçaqlanıb

Bakıda 43 yaşlı kişi iki nəfər tərəfindən bıçaqlanıb
# 10 sentyabr 2014 07:46 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bıçaqlanma hadisəsi baş verib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Müzəffər Həsənov küçəsi 1 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Hüseyn Şirzad oğlu Xəlilov 2 nəfər naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən olunaraq tutulması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR