Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb

Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb
# 11 may 2015 07:28 (UTC +04:00)

Bakı – APA. Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb.

APA-nın məlumatına görə, “Dünya çiçək, insan oğlu arıdı” adlanan bu kitabda şairin son iki ildə yazdığı və indiyədək çap olunmumış şeirləri ilə yanaşı “Dahiləri belə gördüm”, “Daş və tarix”, “Aşıq Veysəl dünyası”, “Turan sevgisi”, “Şuşa şikəstəsi” və “Ün” poemaları yer alıb.

“Şərq-qərb” nəşriyyatında nəfis tərtibatla çap olunmuş kitabın redaktoru Musa Nəbioğludur.

Xatırladaq ki, bu, Z. Yaqubun 2015-ci ildə nəşr olunmuş üçüncü şeirlər kitabıdır. Bundan əvvəl şairin “Qürbət düşüncələri” və “Mənə ümid kimi bax” kitabları, eyni zamanda M. Nəbioğlunun Z. Yaqub yaradıcılığına həsr etdiyi “Sözün Zəlimxan zirvəsi” adlı kitabı oxucuların ixtiyarına verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR