Macarıstan ordusu miqrantlara qarşı silahdan istifadə edəcək

Macarıstan ordusu miqrantlara qarşı silahdan istifadə edəcək
# 21 sentyabr 2015 18:03 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq qanun Macarıstan parlamenti tərəfindən səs çoxluğu ilə qəbul edilib.

Qanuna əsasən, ordu iğtişaşlar zamanı qeyri döyüş silahları, rezin güllələr, pirotexnik vasitələr və gözyaşardıcı qaz qumbaralardan istifadə edə bilər.

Qeyd edək ki, sentyabrın 15-ə keçən gecə Macarıstan miqrant axını ilə əlaqədar Serbiya ilə sərhədini bağlayıb. Bundan sonra Serbiya və Macarıstan arası neytral zonada 5 minədək qaçqın toplanıb. Sərhəddə macar polisi və miqrantlar arasında baş verən iğtişaş nəticəsində 30 polis və 150 miqrant xəsarət almış, 29 miqrant saxlanılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR