"Kapital Bank"ın rəhbəri: "Biz devalvasiyaya hazır idik"

"Kapital Bank"ın rəhbəri: "Biz devalvasiyaya hazır idik"
# 13 mart 2015 11:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Manatın devalvasiyası “Kapital Bank”a təsir edib.

Bunu “APA-Econpomics”ə müsahibəsində “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev deyib.

Onun sözlərinə görə, bank öz strategiyasından dönməyəcək. Büdcə necə qurulubsa, o büdcə ilə də irəliləyəcək: "Bank inkişafı davam etdirəcək. Biz sözsüz ki, buna hazırlaşırdıq. Lazımi tədbirləri həyata keçirmişdik. Zərbə bizə də dəydi, amma digər banklarla müqayisədə bizə az zərər dəyib. Yəqin ki, böyük banklar bu baxımdan hazır idi bu devalvasiyaya. Ona görə də bu devalvasiya bizim planlarımızı heç cür dəyişə bilməz”.

Sədr qeyd edib ki, cari ildə bankın aktivlərində və kredit portfelində 20% artım nəzərdə tutulur.

“Bundan başqa, müştərilərlə aparılan əməliyyatlarda daha şəffaf və səmərəli olması üçün işlər aparılır. Müştərilər bunu xidmətin keyfiyyət və sürətində hiss edəcəklər”, - deyə o qeyd edib.

Müştərilərə güzəşt məsələsinə gəlincə R. Allahverdiyev bildirib ki, əgər müştəri hər hansı problemlə bağlı banka müraciət edərsə və həqiqətən də problem olduğu aşkar olunarsa, bu zaman güzəşt nəzərdə tutula bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR