Bank Of Baku

Sahil Babayev : "Beş ay ərzində əmək haqqı fondunda 17-18% artım olub"

Sahil Babayev : "Beş ay ərzində əmək haqqı fondunda 17-18% artım olub"
# 04 iyun 2019 10:30 (UTC +04:00)

"Prezident siyasətində sahibkarlığın inkişafı ilə əhalinin sosial durumun yaxşılaşdırılmasını çox uğurlu şəkildə əlaqələndirir".

APA-nın məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Sahibkarlar Gününə həsr edilmiş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.

S. Babayev deyib ki, hər il imzalanan Baş Kollektiv Sazişdə əmək və məşğulluq sahəsində hüquqların təmin olunması əksini tapır: "Azərbaycanda işsizlik 5 faiz ətrafındadır. Hər il Azərbaycanın demokratik inkişafı ilə bağlı hər il yüz minlərlə əmək qabiliyyətli insan əmək bazarına daxil olur. Bu insanların işlə təmin edilməsi əsas prioritetdir. May ayından Məşğulluq Alt Sistemi istifadəyə verilib, işsizlərin bankı yaradılıb. Hazırda sınaq rejimində fəaliyyət göstərən bu sistem vasitəsi ilə işsizlərin vakansiya yerlər üçün müraciət etmək imkanı yaradılıb".

Əmək və əhalinin sosial müdafiəsi naziri nəzərə çatdırıb ki, Özünüməşğulluq Proqramı çərçivəsində keçən il 6 min insan mikrotəsərrüfat yaradıb, bu il belə insanların sayı 10 min nəfər olacaq : "Cari ildən BMT İnkişaf Proqramı, gələn ildən Dünya Bankı bu Proqrama qoşulacaq. Hər il dövlətin dəstəyi ilə 10 min mikro təsərrüfat yaradılacaq".

S. Babayev qeyd edib ki, sosial sığorta və gəlir vergisi sahəsində aparılan islahatlar sahəsində 5 ayda əmək müqavilələrin sayı 95 min artıb: "Bu, 2018-ci ildən də artıqdır. Bu dinamika davam etdiyi təqdirdə məşğulluq bazarında ciddi şəkildə təkmilləşmə baş verəcək. Beş ay ərzində əmək haqqı fondunda 17-18% artım olub. Bu, sahibkarların çağırışlara müsbət cavab verdiyini göstərir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR