İsraildə növbədənkənar parlament seçkilərinin vaxtı müəyyənləşib

İsraildə növbədənkənar parlament seçkilərinin vaxtı müəyyənləşib
# 03 dekabr 2014 13:09 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İsraildə növbədənkənar parlament seçkilərinin vaxtı müəyyənləşib.

APA-nın “Haaretz” saytına istinadən verdiyi xəbərə görə, Knessetdə təmsil olunan fraksiyaların rəhbərləri seçkilərin martın 17-də keçiriləcəyi ilə bağlı qərar qəbul ediblər.

Xatırladaq ki, bir müddət öncə İsrailin baş naziri Benyamin Netanyahu parlamentin buraxıldığını və növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib. Baş nazir “Likud” partiyasına müxalif olan siyasi partiyaların liderləri olan maliyyə naziri Yaira Lapid və ədliyyə naziri Tsipi Livnini istefaya göndərib. B. Netanyahu istefaya göndərilən nazirlərin tez-tez hökuməti tənqid etdiyini, hökumətin tərkibində müxalifətin mövcudluğuna yol vermək niyyətində olmadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR