Paşha Bank
Bank Of Baku

Berlində altı ayda silahla bağlı 585 hüquq pozuntusu qeydə alınıb

Berlində altı ayda silahla bağlı 585 hüquq pozuntusu qeydə alınıb
# 26 oktyabr 2026 05:23 (UTC +04:00)

Almaniyanın paytaxtı Berlində 2026-cı ilin ilk altı ayı ərzində odlu, siqnal və qaz silahlarından istifadə ilə bağlı 585 hüquq pozuntusu qeydə alınıb.

Bu barədə “Welt am Sonntag” qəzeti Berlin polisinin məlumatlarına istinadən xəbər yayıb.

Bildirilib ki, hesabat dövründə silahla hədələmə üzrə 324, atəş açılması ilə bağlı isə 261 hadisə qeydə alınıb.

Berlin polisi bu göstəriciləri rəsmi şəkildə təsdiqləyib.

Müqayisə üçün, 2025-ci ilin eyni dövründə silahdan istifadə ilə bağlı 561 hüquq pozuntusu qeydə alınmışdı.

Nəşr qeyd edir ki, statistikaya döyüş silahları ilə yanaşı, qaz, siqnal, səs və işıq effektli silahlardan istifadə halları da daxildir.

Birbaşa döyüş odlu silahlarından atəş açılması ilə bağlı 65 hadisə qeydə alınıb. Onlardan 62-si cinayət əməli kimi qiymətləndirilib.

Ümumilikdə, silahla bağlı hadisələr nəticəsində 118 nəfər xəsarət alıb, iki nəfər həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR