Həmsədrlər Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər

Həmsədrlər Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər
# 06 iyul 2015 14:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.

APA-nın məlumatına görə, bu barədə Mİnsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurası ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Vaşinqtonda səfərdədirlər”, - deyə C. Uorlik söyləyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR