İrandan Azərbaycana tiryək keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana tiryək keçirmək istəyən şəxs saxlanılıb
# 15 aprel 2015 06:45 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıb.

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan Respublikasının vətəndaşı Yalçın Dadaşov gömrük nəzarətindən keçən zaman onun ayağındakı ayaqqabının hər tayında gömrük nəzarətindən gizlədilmiş cəmi 26 ədəd büküm, şəxsi yoxlama zamanı isə üzərində 1 ədəd büküm olmaqla, ümumilikdə xalis çəkisi 98,609 qram olan tiryək aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR