Bilik Fondunda çexiyalı alimlə görüş keçirilib

Bilik Fondunda çexiyalı alimlə görüş keçirilib
# 09 aprel 2015 09:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Prezident yanında Bilik Fondunun dəvəti ilə Azərbaycana gələn çexiyalı alim, I Slavyan Gimnaziyasının direktoru Tatyana Perqler fondun icraçı direktoru Oktay Səmədovla görüşüb.

APA-nın məlumatına görə, O. Səmədov T.Perqlerə Bilik Fondunun həyata keçirdiyi layihələr, maarifçilik sahəsində fəaliyyət istiqamətləri barədə məlumat verib.

İcraçı direktor elmi müstəvidə inteqrasiya və elmi nailiyyətlərin mübadiləsi prosesində fondun “Azərbaycan elmi dünyada” və “Dünya elmi Azərbaycanda” layihələrinə əsasən gördüyü işlərdən söz açıb.

T. Perqler isə Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinə maraq göstərdiyini, rəhbərlik etdiyi gimnaziyanın bu layihəyə qoşularaq Bakı məktəblərindən biri ilə qardaşlaşmaq arzusunu dilə gətirib.

Səfər çərçivəsində T. Perqler Bakı Slavyan Universitetində, Universitet nəzdində fəaliyyət göstərən Məktəb Lisey Kompleksində, İ.Əfəndiyev adına Elitar Gimnaziyada, Dövlət İdarəçilik Akademiyasında müəllim, tələbə və şagirdlərlə görüşüb.

Dövlət İdarəçilik Akademiyasında rektor, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Urxan Ələkbərovla görüşən çexiyalı alim politologiya ixtisası üzrə təhsil alan tələbələrə “Avropa məkanında inteqrasiya prosesləri və problemlər” mövzusunda mühazirə oxuyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR