Prezident İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışında iştirak edib - FOTO - VİDEO

Prezident İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışında iştirak edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 oktyabr 2014 15:15 (UTC +04:00)

APA-nın məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 22 kilometrə, hərəkət hissəsinin eni isə 19 metrə yaxındır.

Dövlət proqramına daxil olan bu layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhərin mərkəzinə, həm də Qala və Pirallahı istiqamətinə rahat nəqliyyat əlaqəsini təmin etməkdir. Layihəyə əsasən qovşaqlar və piyada keçidləri də inşa olunub. Bundan başqa, yol boyunca yaşıllıqlar salınıb. İnşaat işləri zamanı burada bütün kommunikasiya sistemləri, o cümlədən su, istilik, qaz, rabitə və yağıntı sularını axıdan xətlər dəyişdirilib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR