Azərbaycanda “Psixoloji yardım və psixoloji xidmət haqqında” qanunun qəbulu gözlənilir

Azərbaycanda “Psixoloji yardım və psixoloji xidmət haqqında” qanunun qəbulu gözlənilir
# 29 sentyabr 2014 15:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda bu il “Psixoloji yardım və psixoloji xidmət haqqında” qanunun qəbulu gözlənilir.

APA-nın məlumatına görə, parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Bəxtiyar Əliyev ilkin baza üçün materialların olduğunu və Sosial siyasət komitəsi ilə birgə layihənin hazırlanmasının mümkün olduğunu bildirib.

O qeyd edib ki, belə bir qanunun qəbulu Azərbaycan üçün çox vacibdir: “Bu gün intihar hallarının, yol qəzalarında həlak olanların sayının çoxluğunu nəzərə alaraq, bu cür psixoloji xidmətlərə hüquqi baza yaradaraq güclü dəstək vermək lazımdır”.

Deputat onu da bildirib ki, Azərbaycanda müxtəlif adda psixoloji yardım mərkəzləri fəaliyyət göstərməyə başlayıb və onların fəaliyyətinin mahiyyəti bəlli deyil: “Qanunla yaradılan psixoloji yardım mərkəzlərinin fəaliyyəti tənzimlənəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR