Türkiyə Jandarma Qüvvələri baş komandanının Azərbaycana səfəri başlayıb

 Türkiyə Jandarma Qüvvələri baş komandanının Azərbaycana səfəri başlayıb
# 11 noyabr 2014 19:10 (UTC +04:00)

APA-nın məlumatına görə, nümayəndə heyəti bu gün Bakıya gəlib.

Noyabrın 14-dək davam edəcək səfər çərçivəsində general A. Atayın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

Jandarma Komandanının Azərbaycanda bir sıra rəsmi görüşləri planlaşdırılır.

Qeyd edək ki, ordu generalı A. Atay bu ilin avqust ayında Jandarma Qüvvələrinin baş komandanı vəzifəsinə təyin olunub. Bu, A. Altayın Jandarma Baş Komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR