Böyük Britaniya Argentinanı Folklend (Malvin) adalarına iqtisadi təzyiqi dayandırmağa və arxipelaq sakinlərinin öz gələcəklərini müstəqil müəyyən etmək hüququnu tanımağa çağırıb.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend və İngiltərə ilə Uelsin baş prokuroru Elli Rivsin birgə bəyanatında bildirilib.
Sənəd Beynəlxalq Dəniz Hüququ Tribunalının mübahisəli adaların yaxınlığında Londonun təsdiqlədiyi neft hasilatı layihəsinin dayandırılması ilə bağlı Argentinanın vəsatətini rədd etməsindən sonra yayılıb.
Britaniya tərəfi tribunalın qərarını alqışlayaraq bunu ölkənin hüquqi mövqeyinin və strategiyasının əsaslı olmasının təsdiqi kimi qiymətləndirib.
Rəsmi London, həmçinin arxipelaq üzərində suverenliyinə və ona bitişik dəniz əraziləri ilə bağlı hüquqlarına şübhə etmədiyini bildirib.