Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olunacaq

Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olunacaq
# 09 mart 2015 08:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Aprelin 10-da Vaqif Mustafazadənin 75 illik yubiley tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Sarayında keçiriləcək yubiley mərasimində bəstəkarın həyat və yaradıcılığına həsr olunan sərgi açılacaq və musiqiləri səslənəcək.

Yubiley tədbirləri çərçivəsində martın 16-da Bakı Caz Mərkəzində konsert proqramının keçirilməsi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR