Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Qran-pri turnirinə yollanıb

Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Qran-pri turnirinə yollanıb
# 17 aprel 2013 11:29 (UTC +04:00)

Bakı – APA. Sabah şahmat üzrə Qran-pri çərçivəsində 3-cü turnirə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin qrossmeysterləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun iştirak edəcəyi yarışın bu gün açılış mərasimi və təqvimi müəyyənləşəcək.


İsveçrənin Zuq şəhərində baş tutacaq turnirdə həmyerlilərimizin rəqibi Sergey Karyakin (2786), Aleksandr Morozoviç (2758, hər ikisi Rusiya) Fabiano Karuana (2772, İtaliya), Veselin Topalov (2771, Bolqarıstan), Hikaru Nakamura (2767), Qata Kamski (2741, hər ikisi ABŞ), Peter Leko (2744, Macarıstan), Ruslan Ponomaryov (2733, Ukrayna), Aniş Qiri (2727, Hollandiya) və Rüstəm Qasımcanov (2709, Özbəkistan) olacaq. 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq.

Qeyd edək ki, iddiaçıların turnirində uğursuz çıxış edən Rəcəbov turnirin reytinq-favoritidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR