Netanyahu Azərbaycana qışda gələcəyini açıqlayıb

Netanyahu Azərbaycana qışda gələcəyini açıqlayıb
# 06 iyul 2016 08:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana qış aylarında səfər edəcək.

APA-nın “The Times of İsrael” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə baş naziri özü Keniyada səfəri zamanı bildirib.

B. Netanyahu deyib ki, İsrail Fələstin mövzusunda və diplomatik münasibətlərdə mövqeyini möhkəmləndirmək üçün yeni alyanslar qurur.

Baş nazir bu siyasət çərçivəsində qış aylarında Qazaxıstan və Azərbaycana səfər edəcəyini açıqlayıb. O səfərin dəqiq tarixini deməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR