İmişlidə baş verən yol qəzasında bir nəfər ölüb

İmişlidə baş verən yol qəzasında bir nəfər ölüb
# 28 oktyabr 2015 17:52 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 19.30 radələrində İmişli rayonunun Məzrəli kəndində baş verib. Füzuli rayonu Mahmudlu-2 kənd sakini, 1948-ci il təvəllüdlü İmanov Fəlakət Rəşid oğlu idarə etdiyi "Prado" markalı 90 GU 869 dövlət nömrə nişanlı avtomobillə rayonun Məzrəli kənd sakini, 1972-ci il təvəllüdlü Vasif Musa oğlu Qasımovun idarə etdiyi motosikl toqquşub.

Nəticədə motosiklin sərnişini Bəhrəmtəpə qəsəbə sakini, 1976-cı il təvəllüdlü Quliyev Fəxrəddin İnşallah oğlu dünyasını dəyişib, Vasif Qasımov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR