ABŞ-ın Hyuston aeroportda açılan atəş nəticəsində bir nəfər ölüb

ABŞ-ın Hyuston aeroportda açılan atəş nəticəsində bir nəfər ölüb
# 02 may 2013 22:38 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Hyuston şəhərindəki Corc Buş adına beynəlxalq aeroportda naməlum şəxs odlu silahdan atəş açaraq özünü yaralayıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, insident bu gün aeroport ərazisində, nəzarət-buraxılış məntəqənin yaxınlığında baş verib.

Hadisə nəticəsində xəsarət alan şəxsə tibbi yardım göstərilib, lakin həkimlərin səylərinə baxmayaq yaralını xilas etmək mümkün olmayıb.

Fakt üzrə araşdırma aparılır. ABS telekanalının məlumatına görə, insident nəticəsində bütün uçuşlar müvəqqəti olaraq təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR