ABŞ səfiri Azad Fikir Universiteti ofisinin bağlanmasına münasibət bildirib

ABŞ səfiri Azad Fikir Universiteti ofisinin bağlanmasına münasibət bildirib
# 11 aprel 2013 15:51 (UTC +04:00)

Bakı - APA. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Açıq Fikir Universitetinin ofisinin fəaliyyətinin dayandırılmasına münasibət bildirib. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir Açıq Fikir Universitetinin bir qrup təmsilçisi ilə görüşdə ofisinin bağlanmasından məyus olduğunu vurğulayıb.

“Mən inanıram ki, dinc etirazlara hörmətlə yanaşma, müstəqil və şəffaf məhkəmələr, eləcə də hökumətin vətəndaşlarla, xüsusilə də gənclərə münasibəti onların əsaslı tələblərini cavablandırmaq üçün demokratik hökumətlərin öz fundamental sabitliyini təmin etməyin ən yaxşı və təsirli yollarıdır”, - deyə səfir bildirib.

Səfir qeyd edib ki, Azərbaycan regional və enerji təhlükəsizliyi sahəsində ABŞ-ın güclü və dəyərli tərəfdaşıdır.

“Lakin regional və enerji təhlükəsizliyi demokratik və iqtisadi islahatları özündə birləşdirən daha geniş əlaqələrin bir hissəsidir”, - deyə diplomat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR