Masallıda fərdi ev yanıb - VİDEO

Masallıda fərdi ev yanıb - <span style="color: red;">VİDEO
# 01 iyul 2015 16:16 (UTC +04:00)

Bakı – APA. Masallı rayonunda 2 otaqlı ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 8 km aralıda yerləşən Qızılavar kəndində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR