Ukrayna Ali Radası qalmaqala səbəb olan qanun layihəsini ilk oxunuşda qəbul edib

Ukrayna Ali Radası qalmaqala səbəb olan qanun layihəsini ilk oxunuşda qəbul edib
# 31 avqust 2015 13:29 (UTC +04:00)

Bakı – APA. Ukrayna Ali Radası ölkədə siyasi gərginliyə səbəb olan “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. APA-nın “112.ua” saytına istinadən yaydığı xəbərə görə, layihənin lehinə 265 deputat səs verib.

Sənədi prezidentin parlamentdəki nümayəndəsi Stepan Kubiv təqdim edib. Ali Radanın sədri Vladimir Qroysman isə layihənin əleyhinə çıxanların arqumentlərinin doğru olmadığını, Donbasa hər hansı xüsusi status verilməsinin nəzərdə tutulmadığını bildirib.

Birinci oxunuşdan keçdikdən sonra sənədin qəbulu üçün konstitusion çoxluq – 300 səs tələb olunur. Hakim koalisiyaya daxil olan siyasi qüvvələrdən üçü – “Samopomiç”, Radikal Partiyası və “Yuliya Timoşenkonun bloku” sənədə səs verməyəcəklərini bəyan ediblər.

Qeyd edək ki, iyulun 16-da Ali Rada qanun layihəsini baxılmaq üçün Konstitusiya Məhkəməsinə göndərib. KM iyulun 31-də dəyişiklikləri təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR