Masallıda yanğın zamanı ev sahibəsi ölüb

Masallıda yanğın zamanı ev sahibəsi ölüb
# 12 aprel 2013 05:05 (UTC +04:00)

Bakı-APA. Masallı şəhərində ev yanıb, bir nəfər ölüb. APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Masallı şəhərində 1938-ci il təvəllüdlü Muxtarova Səkinə Əbil qızına məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi (yataq xəstəsi) S. Ə. Muxtarovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR