Azərbaycanda pensiyaların təyinatında avtomatlaşdırmaya keçiləcək

Azərbaycanda pensiyaların təyinatında avtomatlaşdırmaya keçiləcək
# 10 aprel 2013 12:10 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Azərbaycanda bu ilin ortasından pensiyaların təyinatında avtomatlaşdırmaya keçiləcək. APA-nın şimal bürosunun verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib. S. Müslümov deyib ki, bu sistemdə insanların heç bir sənəd təqdim etmədən, evlərində oturub sadəcə, zəng edib, öz şəxsiyyət vəsiqələrinin nömrələrini deməklə avtomatik pensiya təyinatının aparılması nəzərdə tutulub: “Yəni bu kontaktsız, əlaqəsiz, vətəndaşla məmurun əlaqəsi olmadan pensiya təyinatının aparılması deməkdir. Bu, dünyanın aparıcı dövlətlərində tətbiq olunan sistemdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR