UNESCO-nun Bioetika, Elm və Texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin tərkibi dəyişib

UNESCO-nun Bioetika, Elm və Texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin tərkibi dəyişib
# 29 iyun 2016 13:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. UNESCO-nun Bioetika, Elm və Texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin tərkibində dəyişiklik edilib.

APA-nın xəbərinə görə, bu məsələ Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin səyyar iclasında müzakirə olunub. AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, son illər Milli Komitənin bəzi üzvləri müxtəlif səbəblərdən öz fəaliyyətlərini dayandırdığı üçün onun tərkibində dəyişiklik zərurəti yaranıb.


Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, Milli Komitənin yeni tərkibinin təsdiqlənib, Xarici İşlər Nazirliyinin yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına təqdim edilməsinə dair qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR