ARDNF-nin “Azəri-Çıraq-Günəşli” yatağından gəlirləri azalıb

ARDNF-nin “Azəri-Çıraq-Günəşli” yatağından gəlirləri azalıb
# 13 aprel 2015 10:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilatın pay bölgüsü sazişinə uyğun olaraq əldə etdiyi gəlirin miqdarını açıqlayıb.

APA-Economics”in sorğusuna cavab olaraq ARDNF-ə bildirilib ki, bu il yanvarın 1-dən aprelin 1-dək AÇG layihəsi çərçivəsində ARDNF-ə 2,65 mlrd. dollar vəsait daxil olub. Bu isə ötən ilin üç ayı ilə müqayisədə 1 mlrd. 820,8 mln. və ya 46,85% azalma deməkdir.

Xatırladaq ki, 2014-cü ilin ilk üç ayında ARDNF AÇG-dən 3 885,8 mln. dollar gəlir əldə edib.

ARDNF 2001-ci ilin əvvəlindən bu ilin aprelin 1-dək AÇG neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 112 mlrd. 215 mln. ABŞ dolları gəlir əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR