İlin əvvəlindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 17 mln. manatdan çox sığorta ödənişi edilib

İlin əvvəlindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 17 mln. manatdan çox sığorta ödənişi edilib
# 03 sentyabr 2014 14:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycanda “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 2,3 mln. manatdan çox məbləğdə sığorta ödənişi edilib.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, ötən ay “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İSB iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 810 sığorta tələbi üzrə 2 301 798 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Avqustda 1 735 nəqliyyat vasitəsinə dəyən zərərin ümumi məbləği 2 164 340 manat olub. Bundan başqa, 24 sayda əmlaka dəyən zərərin ümumi məbləği 29 408 manat təşkil edib. Avqust ayında 38 nəfərin sağlamlığına dəyən zərərə görə 43 050 manat, 13 nəfərin ölümü üzrə büro tərəfindən 65 000 manat ödənilib.

Bu ilin yanvar-avqust ayları ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə büro iştirakçıları olan sığorta şirkətləri tərəfindən ümumilikdə 17,2 mln. manat sığorta ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR