Vurğun Əyyub: "Yaxın vaxtlarda Demokratiya və Rifah Hərəkatının təsis konfransı keçiriləcək"

Vurğun Əyyub: "Yaxın vaxtlarda Demokratiya və Rifah Hərəkatının təsis konfransı keçiriləcək"
# 18 dekabr 2014 09:10 (UTC +04:00)

Bu barədə APA-ya Müsavat Partiyasının Məclis üzvü, ADR-in həmtəsisçisi Vurğun Əyyub məlumat verib. O bildirib ki, komitənin iclasında təşkilati məsələlər, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunub: “Təşkilat Komitəsi üzvlərinin sayına dəyişiklik edildi və üzvlər 17-dən 19-a çatdırıldı. Müsavat Partiyası Məclisinin sabiq katibi Arifə Hüseynli, partiyanın üzvü Samir Abbaslı komitənin üzvü seçildilər. Arifə Hüseynli həm də təşkilat komitəsinin katibi seçildi. Komitənin sədri vəzifəsində Qubad İbadoğlunun namizədliyi irəli sürüldü və yekdilliklə qəbul olundu. Sonra mənimlə yanaşı, Ədalət Yusubov və Səxavət Əlisoy sədrin müavinləri seçildi”.

V. Əyyub hərəkatın təsis konfransının yaxın zamanlarda keçiriləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR