Parisdəki terror aktının daha bir iştirakçısının kimliyi müəyyənləşdirilib

Parisdəki terror aktının daha bir iştirakçısının kimliyi müəyyənləşdirilib
# 16 noyabr 2015 08:26 (UTC +04:00)

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, “Stad de France” stadionu yaxınlığında üzərindəki partlayıcı qurğunu işə salanlardan biri Fransa vətəndaşı, 20 yaşlı Bilal Hadfi olub.

Bundan başqa Volter bulvarında baş verən terror aktı zamanı özünü partladan şəxslərdən birinin 31 yaşlı İbrahim Abdesalam olduğu təsdiqlənib.

Ötən gün Fransa polisi terror aktında əli ola biləcəyi ehtimalı edilən İbrahimin qardaşı Saleh Abdesalamı axtarışa verib. Həmçinin məlum olub ki, polis terror aktlarından bir neçə saat sonra S. Abdesalamın avtomobili Belçika sərhədində saxlayıb, lakin sənədlər yoxlandıqdan sonra onu buraxıb.

Xatırladaq ki, Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb. Onlardan 99 nəfərinin vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR