Nikaha daxil olmaq istəyənlər üçün Səadət Sarayında tibbi müayinələrin həyata keçirilməsinə başlanıb

Nikaha daxil olmaq istəyənlər üçün Səadət Sarayında tibbi müayinələrin həyata keçirilməsinə başlanıb
# 02 oktyabr 2015 09:34 (UTC +04:00)

Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə məlumat verib.

O, bildirib ki, bu xidmətdən yalnız Bakı şəhərində nikaha daxil olmaq istəyən şəxslər həftənin I, III, IV, V, VI günləri yararlana bilərlər.

A. Ağazadə qeyd edib ki, nikaha daxil olmaq üçün qeydiyyat orqanlarına müraciət edən şəxslər müvafiq tibbi müayinədən keçmələri üçün Səadət sarayında (Bakı nikah evində) təşkil edilən xidmətdən istifadə edə bilərlər.

Bu proses Respublika Diaqnostika Mərkəzi ilə birgə təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR