Tacikistan DİN-i keçmiş müdafiə nazirinin müavininin öldürüldüyünü təsdiqləyib

Tacikistan DİN-i keçmiş müdafiə nazirinin müavininin öldürüldüyünü təsdiqləyib
# 16 sentyabr 2015 17:39 (UTC +04:00)

Bakı-APA. Tacikistanın keçmiş müdafiə nazirinin müavini, general Abdulhalim Nazarzoda öldürülüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilir.

Məlumata əsasən, xüsusi əməliyyat nəticəsində həmçinin daha 30 qiyamçı məhv edilib, 100-dən çoxu həbs edilib. Güc strukturları tərəfindən “Alfa” xüsusi təyinatlı dəstəsinin komandiri Rustam Amakiyevin öldüyü bildirilir.

Qeyd edək ki, Abdulhalim Nazarzoda sentyabrın 4-də Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinin mərkəzi aparatına hücumların təşkilində ittiham edilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR