“Nar” yeni kampaniya keçirir - FOTO

“Nar” yeni kampaniya keçirir - <span style="color: red;">FOTO
# 17 aprel 2015 11:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Yeni vizual görünüşü ilə sadiq abunəçilərinin etimadını təkrar qazanmağı, onların məmnuniyyətini artırmağı hədəfləyən “Nar” öz yeni “Salam” promo kampaniyasını təqdim edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, kampaniya çərçivəsində operatorun mövcud abunəçiləri, həm də “Nar”a qoşulacaq yeni abunəçilər artıq bütün istiqamətlərdə cəmi 3 qəpiyə həm danışıq, həm də SMS göndərmək fürsəti qazanıblar.

Qeyd edək ki, yeni Nar abunəçiləri “Salam” kampaniyasına pulsuz qoşula bilərlər.

Kampaniya çərçivəsində “Nar” abunəçiləri ilk ay ərzində abunə haqqını ödəmədən 2 sevimli nömrəyə cəmi 1.5 qəpiyə zəng etmək imkanı qazanırlar.

Təklifi aktivləşdirmək üçün “salam” yazaraq 777 qısa nömrəsinə SMS göndərmək, və ya *777#334#YES kodunu yığmaq lazımdır. Bundan başqa www.nar.az veb səhifəsi vasitəsilə yenilənmiş “şəxsi kabinet” imkanından yararlanmaq, ya da “Nar” mərkəzləri ilə “Nar dünyası” mağazalarına müraciət etmək kifayətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR