Azərbaycanda narkotik alverində təqsirləndirilən şəxsə bəraət verilib

Azərbaycanda narkotik alverində təqsirləndirilən şəxsə bəraət verilib
# 17 aprel 2015 14:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apelyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz İsazadənin apelyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə onun barəsində çıxarılan hökm ləğv edilib və bəraət hökmü çıxarılıb.

Qeyd edə ki, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən təqsirləndirilən A. İsazadə Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR