Mərkəzi Bankda Belarus Milli Bankının nümayəndələri üçün təcrübə mübadiləsi keçirilib

Mərkəzi Bankda Belarus Milli Bankının nümayəndələri üçün təcrübə mübadiləsi keçirilib
# 22 iyul 2014 11:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankında (AMB) İnformasiya texnologiyaları infrastrukturunun beynəlxalq standartlara uyğun olaraq qurulması üzrə təcrübə ilə yaxından tanış olmaq məqsədilə Belarus Milli Bankının nümayəndə heyəti üçün təcrübə mübadiləsi keçirilib.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı nümayəndə heyətinə bankda mövcud İnformasiya texnologiyaları infrastrukturu, onun inkişafı strategiyası və idarə olunması üzrə tətbiq olunan metodologiya və siyasət haqqında ətraflı məlumat verilib.

Nümayəndə heyətinə İnformasiya texnologiyaları sahəsində Mərkəzi Bankın 2015-2020-ci illər üzrə inkişaf perspektivləri, "Help Desk" xidmətinin təşkili və insidentlərin idarə olunması üzrə geniş təqdimatlar keçirilib. Nümayəndə heyəti AMB təcrübəsinin faydalı olduğunu vurğulayıb, gələcəkdə də təcrübə mübadiləsinin davam etdirilməsi və müvafiq sahələrdə yardımın göstərilməsinə ümid etdiklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR