Şimali Koreyanın keçirdiyi ballistik raket sınağı uğursuz olub

Şimali Koreyanın keçirdiyi ballistik raket sınağı uğursuz olub
# 31 may 2016 03:08 (UTC +04:00)

Bakı-APA. Şimali Koreyanın keçirdiyi ballistik raket sınağı uğursuz olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sınaqdan keçirilən raketin uçuş radiusu 3 min km təşkil edən “Musudan” ballistik raketi olduğu ehtimal edilir.

Sınaq yerli vaxtla saat 05:20-də Kanvondo əyalətinin Vonsan şəhəri yaxınlığında həyata keçirilib. Qeyd olunur ki, aprelin 15-i və 28-də eyni raketin sınağı uğursuz alınıb.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası martın əvvəlində KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib. Buna səbəb Şimali Koreyanın fevralda nüvə sınaqları keçirməsi və ballistik raketlərin buraxılışı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR