Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Avqust - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Avqust - <span style="color: red;">VİDEO
# 27 avqust 2015 17:11 (UTC +04:00)

Alparslan Türkeş vəfat etmişdi, əfsanə liderin ölümü milliyyətçi camiəni şoka salmışdı. Ülküçü liderin qurduğu və ömrünün sonunadək başında durduğu partiya kimə miras qalacaqdı? MHP-nin Türkeşsiz keçirilən ilk qurultayı qalmaqalla başa çatdı. Səbəb isə atasının kürsüsünə namizədliyini irəli sürmüş Toğrul Türkeş idi. Seçkilərdə Dövlət Baxçalıya uduzan Toğrul Türkeşin tərəfdarları qurultay salonunun altını üstünə çevirdi, zaldakı stulları bu gün biət etdikləri MHP liderinə tolazladılar. Toğrul Türkeş atasının partiyasından çıxaraq yeni partiya qurdu, adını da Yeni Türkiyə Partiyası qoydu. Əslində partiya deyildi, üç-dörd dost-tanış, qohum-əqrəba. İtdi, batdı, unuduldu. Sonra atasının trilyonluq mirası üstündə qardaş-bacıları ilə davaya çıxdı, illərlə məhkəmə qapılarını gəzdi. Zaman keçdi, soyadını siyasi gücə çevirə bilməyən oğul Türkeş yenidən MHP-nin qapısını döydü. MHP ata Türkeşin xətrinə oğula qucaq açdı, partiyaya qaytardı, millət vəkili etdi, 2015-ci ildə Ankaradan ilk sıradan millət vəkilliyinə namizəd irəli sürdü. Hər şey unudulmuşdu, hər kəs ehtiram bəsləyirdi, atasına oxşarlığı ona bəslənən hörməti ikiqat artırmışdı. Və... Toğrul Türkeşin gözlədiyi an gəldi. Keçici hökumət qurmaq səlahiyyəti tapşırılan Əhməd Davudoğlu MHP və CHP-dən 8 sanballı şəxsə nazir iki aylıq nazir postu təklif etdi. Hər kəs imtina etdi, CHP-də daxili müxalifətin lideri Dəniz Baykal da, MHP sədri postuna real namizəd gözü ilə baxılan Meral Akşener də. Tək Toğrul Türkeş atasının qurduğu, qovulsa da, yenidən ona ağuş açan partiyaya arxa çevirdi. İki aylıq nazir postunu atasının xatirəsindən üstün tutdu. Hesablamışdı, bu xəyanətin müqabilində milliyyətçi səsləri özünə çəkmək istəyən AKP onu deputatlığa namizəd göstərəcək, seçkilərdən sonra isə nazir postu verəcək. Əgər AKP noyabrda təkbaşına hökumət qurmaq şansı qazanarsa... Qazansa, bu, Toğrul Türkeşin siyasi ömrünün uzanması demək olacaq, qazanmasa, Toğrul Türkeşin siyasi karyerası bitmiş sayıla bilər... Taleyin istehzasıdır, Alparslan Türkeşin ikinci oğlu da siyasi karyerasını AKP-də bitirəcək. Türkeşin digər oğlu Ahmet Qutalmış da AKP-dən millət vəkili seçilmiş və siyasi karyerasını başlamamış bitirmişdi... Doğrudan da oddan kül törəyərmiş...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR