Dəməşqdə universitetə hücum nəticəsində 12 nəfər ölüb

Dəməşqdə universitetə hücum nəticəsində 12 nəfər ölüb
# 28 mart 2013 17:36 (UTC +04:00)

Bakı-APA. Suriyanın paytaxtı Dəməşqdə universitet minaatanlardan atəşə tutulub, nəticədə 12 nəfər həlak olub. APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, bu barədə Suriya dövlət televiziyası xəbər verib.

Telekanalın məlumatına görə, bir neçə mərmi tələbə kafesinə tuş gəlib. Yayılmış videoçarxlarda universitetin sınmış pəncərələri, yerdə isə qan gölməçələri əks olunub.

Dövlət KİV-lərinin məlumatına görə, Azad Suriya Ordusundan olan üsyançılar yeni silah-sursat əldə etdikdən sonra Suriya paytaxtında döyüşləri fəallaşdırıb. Hal-hazırda Dəməşqin şimal-şərqində üsyançılarla hökumət qüvvələri arasında qızğın döyüşlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR